Aeroport yolunda bütün zolaqlar üzrə sürət limiti 10 km/s aşağı salınıb

Bu gündən etibarən aeroport yolunda bütün zolaqlar üzrə sürət limiti 10 km/s aşağı salınıb. Maksimal sürət 120-dən 110-a endirilib.
⠀
Bu məhdudiyyətlər müvəqqəti deyil, buna görə, çox gümanki, radarlar da artıq bu sürətlərə tənzimlənib.
⠀
Çox "dərinə" getsək isə, hava limanına gedən yol yaşayış məntəqələrinin üzərindən gedir və qaydalara görə burada maksimal sürət 90 km/s müəyyən edilə bilər (YHQ Maddə №50).
⠀
Eyni zamanda, rəsmi statistikaya görə Bakı şəhərində ən çox qəza olan yerlərdən biri məhz bu şosesidir.