Proqramı pulsuz yüklə
Yeniliklərdən xəbərdar ol

Benzin AVTOTERMİN


Benzin AVTOTERMİN

Benzin iyini heç də ətirli hesab etmək olmaz. Amma bu söz ətirli buxur növlərindən birinin adından yaranıb. “Benzin” sözü fransız və alman dillərinə ərəb dilindən gəlib. 1833-cü ildə isə
alman kimyaçısı Mitçerlix bu adı yanacaq növünə verib. Fəxr ediləsi faktdır ki, yüksək oktanlı benzini ilk dəfə həmyerlimiz Yusif Məmmədəliyev ixtira edib. Bu ixtiranın sayəsində sovet
qırıcı təyyarələri havada üstünlük əldə etdilər. Hazırda dünyada ən bahalı benzin Honk Konqda satılır. Onun 1 litrinin qiyməti 4 manata yaxındır. Azərbaycan isə dünyada ən ucuz benzinin satıldığı 11 ölkədən biridir.